Samir Şərifov: “Müdafiə qüdrətinin artırılması ilə bağlı büdcədən vəsait nəzərdə tutulub”
20 Noyabr 2014 15:10 SiyasətMaliyyə naziri Samir Şərifov deyib ki, "ölkəmizin müdafiə qüdrətinin artırılması ilə bağlı büdcədən vəsait nəzərdə tutulub. Cari illə müayisədə artım var və bu dövlət başçısı tərəfindən aparılan siyasətin nəticəsdir. Təhsillə bağlı nazir M. Cabbarov fikrini söylədi. Bank kredit faizləri ilə bağlı Mərkəzi Bankın sədri fikirlərini dedi. İpoteka kreditləri ilə bağlı hökumətlə Mərkəzi Bank arasında dialoq var və əlavə tədbirlər görüləcək. Aqrar sektora isə xüsusi diqqət edilir, dəstək verilir. Bu sahibkarlara dəstək vasitəsilə həyata keçirilir, müxtəlif mexanizmlər mövcuddur. Elmin maliyyələşdirilməsi məsələsinə gəldikdə deyim ki, büdcə layihəsi parlamentin komitələrində də müzakirə edilib. Bu müzakirələr zamanı elmin maliyyələşməsi ətraflı müzakirə edilib. Guya elmə az vəsaitin ayrılması haqda məsələyə də açıqlama gətirilib. Növbəti ilin büdcəsində elm xərcləri üçün 143 milyon nəzərdə tutulub. 2014-ci illə müqayisədə bu 4 milyon manat çoxdur. Biz bu məsələyə yenidən baxarıq, hansı vasitələrlər elmə ayrılan vəsaitin ayrılmasını nəzərdən keçirərik". O deyib ki, biz risklərdən çəkinməməli, onu idarə etməyə çalışmalıyıq: "Hesab edirəm ki, bizim kifayət qədər valyuta ehtiyatımız mövcuddur. Milli bank milli manatın məzənnəsi ilə bağlı məlumat verdi. Bizim büdcə əlbəttə gərgin büdcədir, amma həm də real büdcədir. Bizim təcrübəmiz mövcuddur. İrəli sürülən bütün təkliflər hökumət tərəfindən öyrəniləcək və onların həlli yolları barədə büdcədə nəzərə alınması imkanları təhlil ediləcək".