“Ayağımızı yorğanımıza görə uzatmalıyıq”
20 Noyabr 2014 14:14 Siyasət"Hamı çalışır ki, təmsil etdiyi sahəyə daha çox vəsait ayrılsın. Ancaq biz təbii ki, büdcəmizə görə hərəkət edirik. Yəni ayağımızı yorğanımıza görə uzatmalıyıq". Bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib. O bildirib ki, vaxtilə ölkə büdcəsində 70 milyon manat var idi: "Hazırda isə Azərbaycanın büdcəsi milyardlarla ölçülür". O deyib ki, deputatlar özləri də qeyd etdilər ki, hansı ssenarilərin baş verməsinə baxmayaraq, büdcəmiz dayanıqlı büdcədir və hər şeyin öhdəsindən gələ biləcək: "Bizim çox uğurlu beynəxlaq siyasətimiz var. Biri daxili sabitlik, digəri isə müvəffəqiyyətli büdcə siyasətidir. Bizim qarşımızda çox ciddi problem Dağlıq Qarabağ məsələsidir. Dünən ATƏT-in Minsk qrupu nümayəndələri təxribat xarakterli bəyanat veriblər. Guya ki, vurulan helikopter neytral əraziyə düşüb. Əslində isə bu ərazi Azərbaycan ərazisidir. Minsk qrupuna daxil olan dövlətlər Azərbaycan ərazi bütövlüyünü tanıyıblar. Bu baxımdan bu açıqlama təxribat, mənasız və məntiqsizdir".