Səfir: “İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir”
20 Noyabr 2014 14:03 Siyasət"Cəbhə bölgəsindəki vəziyyət ürəkaçan deyil". Ermənistan mətbuatına açıqlama verən İranın bu ölkədəki səfiri Məhəmməd Rəisi belə deyib. Rəisi İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfində olduğunu bildirib. "Ermənistan və Azərbaycanın müzakirələrə davam edəcəklərinə ümid edirəm" - deyə səfir qeyd edib. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00