ABŞ səfirliyindən erməni helikopterinin vurulmasına münasibət
20 Noyabr 2014 13:10 Siyasət"Dağlıq Qarabağda erməni helikopterinin vurulması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri də, ABŞ Dövlət Departamenti də münasibət bildirib. Biz bu helikopterin vurulmasına səbəb olan hadisələrə görə təəssüflənirik". Trend xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bu gün jurnalistlərə açıqlamasında deyib. D.Hoqan qeyd edib ki, ABŞ tərəfləri münaqişəni dinc yolla nizamlamağa çağırır: "Prezidentlərin Soçidə, Uelsdə və Parisdə keçirilən görüşlərində müəyyən razılaşma və irəliləyişlər əldə olunmuşdu. Biz tərəfləri bu razılaşma və irəliləyişləri davam etdirməyə, bunun nəticəsində yekun dinc nizamlanmaya nail olmağa çağırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00