“Müsavatın parçalanması başa çatdı”
Elçin Mirzəbəyli: “Partiya rəhbərliyinin problemləri həll etməsi üçün fövqəladə qurultay çağıracağı inandırıcı görünmür”
19 Noyabr 2014 16:55 SiyasətMüsavat Partiyası daxilində qurultaydan sonra yaranmış qruplaşmalar arasında çəkişmələr ən yüksək həddinə çatıb. Daxili ziddiyyətlər partiyanı parçalamaq təhlükəsi qarşısında qoyub. Bunu nəzərə alan Müsavat rəhbərliyinin fövqəladə qurultay çağıracağı ehtimal olunur. Məsələyə münasibət bildirən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli artıq Müsavatın parçalanmasının rəsmiləşdiyi qənaətindədir. "Baş verənlər və istefalar partiyanın parçalanmasından xəbər verir. Bu baxımdan Müsavatın parçalanacağı haqda ehtimal vermək, gecdir. Proses artıq baş verib. Partiya rəhbərliyinin problemləri həll etməsi üçün fövqəladə qurultay çağıracağı inandırıcı görünmür. Çünki belə bir qərar partiyadaxili demokratiya və qurultay barədə səslənən müsbət fikirlərə zərbə vuracaq. İnsanlar partiya sıralarından azad olunublar. Bu prosesin özü də Müsavatın nizamnaməsinə uyğun olaraq baş verməyib. Bu çərçivədə Arif Hacılının qurultaya gecəcəyi inandırıcı görünmür" - deyə E.Mirzəbəyli vurğulayıb. ("OLAYLAR" İA)