Bahar Muradova DQİDK-a təklif verdi

Bölgədə və regionda separatizmi, ərazi iddiaları var və az qala bu bütün dünyanı əhatə edir. Bunu vitse-spiker Bahar Muradova deyib. O bildirib ki, beynəlxalq hüquq var və bəzən beynəlxalq hüquqa böyük dövlətlərdə birmənalı yanaşmır: "Biz bilmirik ki, gələcəkdə nə olacaq. Mən Azərbaycana qarşı qarayaxmalar, hərbi qüdrətin artmasından narazılıq haqda danışmaq istərdim. Bu hallar Azərbaycana qarşı mövqelərdə özünü büruzə verir. Biz beynəlxalq qurumlarda, mərkəzlərdə haqlı olduğumuzu sübut etmək üçün mücadilə veririk. Milli Məclis QHT Şurası ilə əməkdaşlıq edir, bu məqsədlə memorandum imzalanıb. Biz bu düşərgə ilə yaxınlaşdıqca daha çox işlər görəcəyimizi düşünürük. İnkişafın Azərbaycan modeli olduğu kimi vətəndaş cəmiyyəti ilə inkişafın da Azərbaycan modeli olmalıdır. Biz beynəlxalq təşkilatların, xarici QHT-lərin Azərbaycanda fəaliyyətinə şərait yaradırıq. Ancaq bəzən bu qurumların fərqli mövqeyini görürük. QHT Şurası ötən il dünyada 20 layihə həyata keçirib. Məncə, biz düşünməməliyik ki, 6 milyon manat QHT Şurası üçün yetərli rəqəmdir. Biz xahiş edirik ki, bu istiqamətdə maliyyə işinin artırılmasına yenidən baxılsın. Dünən həmkarım Azay Quliyev 10 milyon rəqəm söylədi, mən konkret rəqəm deyə bilmərəm, amma artırmağa ehtiyac var".  Vitse-spiker Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də müəyyən vəsaitin ayrılmasına ehtiyac olduğunu deyib. Bildirib ki, bu yolla ölkədə dini maarifləndirici iş aparılmalı, bu səpkili layihələrin maliyyələşdirilməsi həyata keçirilməlidir: "Bu yollarla biz QHT-lərin xarici donorlardan asılılığını azalda bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00