Büdcəmiz ildən ilə təkmilləşir
19 Noyabr 2014 14:53 SiyasətBunu millət vəkili Yevda Abramov deyib. O bildirib ki, biz nə qədər tolerant olurqusa, o qədər başımız daşa dəyir: "Mən bunu bir neçə gün öncə Avropada olan bir tədbirdə iştirakım zamanı gördüm. Büdcəmizin hərbiyə olan maddi potensialının çoxalması vacibdir. QHT-lərə də olan büdcə artmalıdır". Millət vəkili təmsil etdiyi Quba rayonunda aparılan işlərdən də danışaraq, rayonun inkişafı istiqamətində təkliflərini verib. O bildirib ki, rayonda tikilməsi nəzərdə tutulan beynəlxlaq aeroport üçün əhalidən torpaqlar alınmışdı: buraya lazımi texnika gətirilmişdi və sonra nədənsə geri qaytarıldı. Əhali də bilmək istəyir ki, bu aeroport tikiləcəkmi? Mən bunu deputat olaraq tələb edirəm. Çünki orada yaşayan əhali bilmək istəyir ki, həmin ərazidə olan ağacları kəssinmi, yoxsa necə olmalıdır?".
Millət vəkili həmçinin, Quba rayonun daxilində olan yollardan da danışıb. O deyib ki, bu gün Quba əhalisini Bakı-Quba yolu yox, rayonun daxilində olan yol maraqlandırır: "Bu gün Xeyransə nənəni Bakı-Quba yolu yox, Quba daxilində olan kənd yolları maraqlandırır".