KXCP bölgələrdə bələdiyyə seçkilərinə hazırlıqları davam etdirir
19 Noyabr 2014 14:53 SiyasətKlassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Yığıncaq həmçinin partiya orqanlarının həftə ərzində gördüyü işləri qiymətləndirib, bələdiyyə seçkiləri və Qarabağ ətrafında baş verən hadisələrlə bağlı məsələlər müzakirə edib. Yığıncaqda Cəlilabad, Quba, Gədəbəy, Kürdəmir, Sumqayıt və digər yerlərdə KXCP üzvlərinin və digər vətəndaşların bələdiyyəyə namizədliklərinin verilməsi, qeydiyyatı zamanı yaranmış bəzi problemlər barədə məlumatlar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00