AXCP-nin qurultayı təxirə salındı
19 Noyabr 2014 14:13 SiyasətAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabr ayında keçirilməsi nəzərdə tutulan qurultayı təxirə salınıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında deyib ki, qurultayın keçirilməsi üçün təşkilatı işlər hələ yekunlaşmayıb: "Partiyanın rayon təşkilatlarında konfranslara hazırlıq üzrə təşkilat komitələrinin yaradılması prosesi gedir. Bu proses bir qədər uzandığına görə, qurultay təxirə salındı. Konfranslarda qurultay nümayəndələri seçildikdən sonra qurultayın vaxtı ilə bağlı yekun qərar veriləcək. Yəqin ki, qurultay gələn il keçiriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00