“Azərbaycan Minsk qrupunun qeyri-adekvat münasibətindən narazıdır”

"Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu nəzərə almalıdır ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və işğalçı ölkənin Azərbaycan torpaqlarında hərbi təlimlər keçirərək təxribatçı hərəkətlər etməsi beynəlxalq hüquq normalarının heçə sayılmasıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına millət vəkili Məlahət İbrahimqızı səsləndirib. Bildirib ki, Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun qeyri-adekvat münasibətindən narazıdır: "Ermənistan qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir, təxribatlara yol verir, Azərbaycan isə öz konstitusion hüququndan istifadə edərək təhlükəsizlik və ərazi bütövlüyü kontekstində düşmənə layiqli cavab verib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00