Mustafa Hacıbəyli: “Hikmət Hacızadənin istefasının məsuliyyəti 2 nəfərin üzərindədir”
19 Noyabr 2014 13:40 Siyasət"Hikmət Hacızadənin istefasına səmimi olaraq, təəssüf edirəm. Kim bunun əksini iddia edirsə, yanılır". "Olaylar"-ın məlumatına görə, Müsavat funksioneri Mustafa Hacıbəyli belə bir fikirlə çıxış edib. "Hesab edirəm ki, Hikmət bəyin istefasına o şəxslər sevinə bilərlər ki, bunu əllərində bayraq edərək, Müsavata hücumlarını artırıblar. Xatırlatmaq istəyirəm ki, Hikmət bəy qurultayın sonunda çıxış edərək, seçkiləri "demokratiya dərsi" adlandırdı. Və təklif etdi ki, qurultay adından digər partiyalara müraciət edilsin ki, Müsavatın bu dərsini öyrənsinlər. Qurultaydan sonrakı günlərdə də Hikmət bəy istər mətbuata açıqlamasında, istərsə də şəxsi görüşlərində Müsavatın yeni rəhbərliyinə dəstəyini ifadə edib. Lakin partiyada fitnə salıb münasibətləri gərginləşdirdilər. Körüklədilər. Elə bir həddə gətirdilər ki, Hikmət bəy istefa verdi. Bu istefaya görə də, bundan əvvəlki istefalara görə də məsuliyyət münasibətləri körükləyən, fitnə toxumu səpən iki nəfərin üzərinə düşür".