İranın ticarət və sənaye naziri Bakıya gələcək
18 Noyabr 2014 17:48 Siyasətİranın mədənlər, ticarət və sənaye naziri Məhəmmədrza Nemətzadə gələn həftə Bakıya səfər edəcək. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Səfir qeyd edib ki, M.Nemətzadə noyabrın 26-da Bakıya səfər edəcək. İki günlük səfər zamanı nazir Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə və digər rəsmilərlə görüşəcək. Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və bir sıra digər məsələlər müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00