Qənirə Paşayeva Türkiyə baş nazirinin müavini ilə görüşüb

Türkiyədə səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva bu ölkənin baş nazirinin müavini Numan Kurtulmuşla görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib: "Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və ugurlarına sevinir". Qənirə Paşayeva  Baş nazirin müavini ilə görüşdə Ermənistanın etnik təmizləmə siyasətindən, evindən qaçqın və köçkün salınan 1 milyon insanımızdan da danışıb: "Biz inanırıq ki, Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik". Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş Türkiyənin daim Azərbaycanın yanında olduğunu və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini deyib. Millət vəkili Qənirə Paşayeva Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuşa həmmüəllifi olduğu Türkiyə türkcəsində "Xocalı Soyqrımı tanıqların dilindən" kitabını hədiyyə edib və geniş məlumatlar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00