Prezidentdən yeni təyinat
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru dəyişdi
18 Noyabr 2014 10:51 SiyasətAzərbaycan prezidenti Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunu vəzifəsindən azad edib.ANS PRESS-in məlumatına görə, ölkə başçısı bununla bağlı sərəncam verib.Sərəncamda qeyd edilir ki, Elçin İsmayıl oğlu Mirzəyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifəsindən azad edilsin.Dövlət başçısının digər bir sərəncamına görə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifəsinə yeni təyinat olub.Qərara görə, Taleh Məhəmməd oğlu Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00