Vurğun Əyyub: “Bu, Səxavət Əlisoydan qisas almaq cəhdidir”
17 Noyabr 2014 17:49 Siyasət"Güman ki, Müsavat rəhbərliyinin qisas almaq cəhdləri davam edəcək. Kim partiya rəhbərliyinin apardığı siyasətdən narazı olacaqsa, onlardan bu şəkildə qisas almaq istəyəcəklər". mBunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub başqanlığa sabiq namizəd Səxavət Əlisoyun partiya sıralarından xaric edilməsinə münasibət bildirərkən deyib. V.Əyyub Müsavat Divanının S.Əlisoyun partiya sıralarından xaric edilməsi ilə bağlı qərarını qisasa cəhd kimi qiymətləndirib: "Müsavat Divanının qərarı partiya rəhbərliyinin Səxavət Əlisoydan qisas almaq cəhdidir. Çünki Səxavət Əlisoy indi partiyaya rəhbərlik edənlərin legitimliyini qəbul etmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00