Sahib Alıyev: “Onun üzərində düşünməliyik ki,...”

"Artıq emosiya və eyforiyanı bir qırağa qoyaraq onun üzərində düşünməliyik ki, düşmənin atacağı cavab addımlarının önünü necə kəsməliyik". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. O, bildirib ki, həftə sonu Ali BAŞ Komandan İlham Əliyev Şəmkirdə hərbi şəhərcikdə generallara nə etməli olduqlarını dedi: "Dövlətimizin başçısı onu da bildirdi ki, bundan sonra erməni təxribatlarının qarşısı daha qətiyyətlə alınacaq. Bizi helikopterlərini vurulmasından qat-qat artıq itkilərlə hədələyənlər bunu etməyə qalxsalar, yəqin nəylə üzələşəcəklərini anlamış oldular". Sahib Alıyev qeyd edib ki, biz də cəmiyyət olaraq indi Azərbaycanın Qarabağ üzərində tam suverenliyinə, beynəlxalq hüququn diliylə desək Effective Control-a daha tez çatması üçün nə etməli, necə davranmalı olduğumuzun üstündə düşünməliyik: "Qarabağda vurulmuş erməni pilotun uşaqlarıyla birgə çəkdirdiyi şəkili yayıb altından "ürəkdən tikan çıxaran" şərhlər yazmaq və buna bənzər digər hərəkətlər bu yolda töhfə sayıla bilməz. Düzdür, o nəyə haqq edirdisə, onunla da üzləşdi. Amma, həmin pilot da Ermənistandakı hərbi xuntanın çoxsaylı qurbanlarından biridir. Onun ölmündə də günahkar indi Ermənistan adlanan dövlətin başında duranlardır. Bütün nifrətlər onlara yönəldilməlidir. Həm də ona görə ki, təhlükəli olan ölmüş yox, diri düşməndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00