Qərb Ermənistanın marağına xidmət edir
Rövşən Məmmədli: “Ermənipərəst Qərb heç vaxt həqiqəti deməyəcək”
17 Noyabr 2014 15:31 SiyasətErmənistanın hərbi helikopterinin qoşunların təmas xətti üzərində hərbçilərimiz tərəfindən vurulması təkcə ölkədə deyil, eləcə də beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Maraqlıdır ki, helikopterin Azərbaycan səmasında vurulmasına baxmayaraq bəzi ermənipərəst beynəlxalq qurumlar bu olayda erməni deyil, məhz Azərbaycan tərəfini təqsirkar bilir. Yeni Turan Partiyasının sədri Rövşən Məmmədli bildirib ki, Ermənistanın hərbi helikopterinin qoşunların təmas xətti üzərində hərbçilərimiz tərəfindən vurulması bütün hərbi göstəricilərə görə tamamilə qanuni və əsaslıdır: "Ancaq buna baxmayaraq Ermənistanla Azərbaycan arasında Ermənistanın təcavüzkarlığı və hərbi müdaxiləsi ilə başlanmış müharibəni (münaqişəni yox) ədalətli sülh yolu ilə yekunlaşdırmağı üzərinə götürmüş Qərb yenə birmənalı qarşılamadı. Yenə diplomatik dildə hər iki tərəfi sakitliyə, atəşkəsə əməl etməyə çağırdı, hətta dolayısı ilə Ermənistanın hərəkətlərinə bəraət qazandırmağı, onu himayə etməyi də büruzə verdi. Sual olunur Ermənistan helikopterləri Azərbaycanın səma toxunulmazlığını pozmasaydı və əsgərlərimizin yerləşdiyi təmas xəttinə hücum etməsəydi, o helikopter vurulacaqdı? Əlbəttə yox...Məgər Azərbaycan əsgəri gözləməliydi ki, bütün atəşkəs şərtlərini pozaraq onların mövqelərinə aşkar hücum edən helikopter bir neçə əsgərimizi öldürəydi, sonra biz atəş açaydıq. Əsgər cəbhədədisə, deməli arxada yerləşmiş dinc əhalini qorumaq üçündür və bu dinc əhalinin qorunması ona tapşırılıb. Ona görə də Ağdamın Çəmənli kəndi istiqamətində əsgərlərimizin mövqeyinə hücuma keçən erməni helikopteri vurulmalıydı və vuruldu da. Eşq olsun onu vuran əsgərlərimizə. Bundan başqa Ermənistan ordusuna kim ixtiyar verib ki, Azərbaycanın beynəlxalq qaydada tanınmış, tarixi ərazisində, həm də qoşunların təmas xəttinin burnunun ucunda (Ağdamın Uzundərə adlanan ərazisində)10 günlük hərbi təlim keçirir". Rövşən Məmmədli deyir ki, bu fakt Azərbaycanın ərazi bütövlüyünü pozmaq, onu saymamaq və bizə meydan oxumaq deməkdir. Həmçinin beynəlxalq hüquqla nəzərdə tutulmuş bütün qadağalara meydan oxumaq deməkdir. Partiya sədrinin sözlərinə görə, Azərbaycan dövləti Ermənistanın bu qanunsuz hərbi təliminin qarşılığında bütün hərbi qüvvələrini ayaqda saxlamalı idi: "Çünki, tarixboyu biz bu alçaq, sərsəri vətənsiz erməniləri xəyanət etmələrinin, verdikləri sözə əməl etməmələrinin şahidi olmuşuq. Nə bilmək olardı. Bəlkə də ermənilər təlim adı ilə cəmlənib qəfil ərazilərimizə yeni təcavüzkarlıq hücumu edərdilər. Odur ki, Azərbaycan hərbçilərinin bu addımı tamamilə qanunauyğundur, düz addımdır və bütün beynəlxalq qaydalara da uyğundur. Qaldı Qərbin qərəzli bəyanatlarına bu bir daha təsdiq etdi ki, Qərb, o cümlədən Minsk qrupu birmənalı olaraq Ermənistanın marağına xidmət edir, ədalətli sülh üçün çalışmır, status kvonu saxlamaqla Azərbaycan hakimiyyətinə təzyiq etməyi və ermənilərə öz xam xəyallarını (nə vaxtsa Qarabağı müstəqil dövlət kimi qəbul etdirməyi) doğrultmağa yardım edirlər". Rövşən Məmmədli hesab edir ki, əslində Qərb Ermənistanın bu hərəkətlərini birmənalı pisləməli, təqsiri onların üzərinə qoymalı və Ermənistanı gələcəkdə belə hərəkətlərə yol verməməyə çağırmalı idi: "Həmçinin bundan nəticə çıxarıb sözdə yox əməldə ədalətli sülhə tələsməliydilər. Qərbin yenə ermənipərəst mövqeyi bizə diktə edir ki, Qərbdən haqq ədalət gözləmək yersizdir. Minsk Qrupundan birdəfəlik imtina edib BMT-dən Ermənistan qoşunlarının şərtsiz, dərhal Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərindən çıxarılmasını tələb etmək, çıxardığı 4 qətnamənin yerinə yetrilməsi üçün real hərəkətlərə başlamaq tələb edilməlidir. Həmçinin Azərbaycan dövləti beynəlxalq hüquqdan irəli gələn hüquqlarına söykənib Ermənistanın qoşunlarını kürüyüb o yana, öz ərazilərinə atmaq üçün ən zəruri tədbirlərə gerçək şəkildə hazırlaşmalı və bunu həyata keçirməlidir. Qoy Qərb elə orada bəyanatlar versin, sanksiyalardan danışsın. Bunun daha əhəmiyyəti yoxdur. Qərb bir milyon Azərbaycan qaçqının hüququnu niyə qorumur, bunu dilinə gətirmir? Ancaq bol-bol insan hüquqlarının müdafiəsindən dəm vurur. Bunlar boş şeylərdir. Qərb insan hüququ kimi terminlərdən öz maraqlarını Azərbaycan kimi dövlətlərdə həyata keçirmək üçün yalnız vasitə kimi istifadə edir və bunu ona görə uydurubdur...Qərb elə insan hüququ qoruyandırsa fələstinlilərin başına bomba yağdıran İsrail təyyarəçilərinə də bir dur desin. Aydındır ermənipərəst Qərb heç vaxt həqiqəti deməyəcək. Odur ki, həqiqəti özümüz dünyaya deməli və tələb etməliyik. Pis odur ki, elə dünyaya arxayın olub 22 ildir vətənimizə həsrət qalmışıq. Odur ki, özümüz hərəkətə gəlməli və Qarabağa yönəlməliyik".
Süleyman