“Əli Kərimlinin güc zəhərlənməsi”

İnqilab - bütöv xalqın fərdlər, yaxud vahid cəmiyyət şəklində dəyişdirilməsidir. Demokratik prinsiplərə əsaslanan dəyişikliklər bu cür olur. Baş verən inqilabda iki ehtimal var: o ya məğlub olur, ya da zəfər qazanır. Məğlub olan inqilabı yenidən diriltmək mümkündür. Bunun üçün hansısa şəxsin siyasi yox, xalqın sosial bərabərlik istəkləri qabağa çəkilməlidir. Bəli, çevriliş bərabərlik, azadlıq və ədalət anlayışından ibarət olmalıdır. Məsələn, Kastronun Kuba inqilabı amerikan imperializminə qarşı vətəndaşlıq hüquqları əsasında qələbə qazandı. Feodal qəsbkarlığına qarşı etirazın yaratdığı Fransa inqilabı mütəşəkkil xalq birliyinin təzahürüydü. Yaxud, Leninin qələbə qazanan Bolşevik İnqilabı yeni dünya nizamının yaradılış sınağı idi. Əli Kərimlinin isə "xalq inqilabı" anlayışı prinsipi Kastro, yaxud Leninin "inqilab etmək ideologiyası"-na ziddir. Onlardan fərqli olaraq bu məsələdə AXCP sədri daha çox öz şəxsi mənfəətlərini irəli çəkir. Söz yox ki, Lenin və Katro da diktator idilər, lakin xalq üçün nəsə etmişdilər. Həmin "nəsə" Kərimlinin gündəliyində yoxdur. Bu müstəvidə Əli Kərimli Kamboca lideri Pol Potu xatırladır. Kambocada partizan müharibəsiylə iqtidarı ələ keçirərək 1975-79-cu illərdə ölkəni idarə edən, radikal kommunist "Qırmızı Kmerler Hərəkatı"-nın başçısı olan Pol Pot 1.5 milyon insanı çəkic, balta və kürəklərlə edam etdirib. O, şəhərliləri zorla kəndlərə köçürərək ağır şərtlər altında işləmək məcburiyyəti qarşısında qoyurdu. Lakin Pol Pot iqtidarı devirməzdən əvvəl xalqa "rifah" sözü vermişdi, eynən Əli Kərimli kimi. Kamboca doktatoru ilə Xalq Cəbhəsi liderini eyniləşdirən digər faktorlar da var. Məsələn, Pol Pot kimi Kərimli də sadist və usta yalançıdır. Hakimiyyətlərinə (Potdan fərqli olaraq, Kərimli öz partiyasının iqtidarındadır) qarşı hədsiz ehtiraslıdır. Əli Kərimli də tez-tez özünün güclü olmasından danışır və xalqın onun ətrafında birləşdiyini iddia edir. Ortada fal və yumurtanın olmadığı bir vaxt, toyuqdan danışmaq psixopatlıqdır. Açıq görünür ki, AXCP sədri həm də narsistdir, yəni ki, özünə vurğundur. Partiyasının sədr müavinləri, funksionerləri, üzvləri, fəalları sosial şəbəkələrdə, mediada çıxış etdikləri yazılarda ona "bəy"-dən başqa bir ifadə işlədə bilmirlər. Halbuki keçən 21 illik məğlubiyyət İsa Qəmbər kimi Əli Kərimlinin də ayağına yazılamıdır. Yəni ki, Əli Kərimlinin tənqid olunası çoxlu tərəflərinin olduğu halda ətrafından yalnız tərif qəbul edir. Bu onun təkəbbürlü, kinli, narsist şəxsiyyət tipinə aid olduğunun göstəricisidir. Partiyadan qopanları "agent", "düşmən" adlandırması, onları hər gün əlaltıları vasitəsilə təkrar-təkrar günahlandırması, sosial şəbəkələrdə üzərinə sürü ilə göndərdiyi saxta profilləri qəhrəman elan etməsini dünyaya car çəkir. Əli Kərimlinin rəhbərliyi altında olan AXCP demokratiya çərçivəsindən daha çox Uqanda kimi çılpaq diktatorial qaydalarla idarə olunan modelə oxşayır. İde Amin kimi partiyadakı yerini itirəcəyi qorxusuna düşən kimi repressiv rejimə keçir. Uzun müddət partiyada "mütləq güc" olmaq ambisiyası hakimiyyətə gəlmək ehtiraslarını alovlandırdıqca, digər yandan içərisindən çıxa bilmədiyi məğlubiyyət bataqlığı Əli Kərimlinin "21 il xəstəliyi sindromu"-ndan əziyyət çəkdiyini göstərir. Nəticədə "iqtidar sərxoşluğu" AXCP-ni Kərimlinin özəl müəssisəsinə çevirir. Radikal müxalifət daxilində baş verən sinfi qarşıdurmanın onun üzərində partlaması bu çərçivədə birmənalıdır. Ki, haqlı olaraq Müsavat və digər partiyalar Əli Kərimlini müxalifət daxilində mühafizəkar, faşist-korporatist sistem qurmaqda ittiham edirlər. Çünki AXCP sədri müxalifət bürokratiyasının başında dayanacaq mütləq güc iddiasındadır. Əli Kərimlinin güc zəhərlənməsi radikal müxalifətin uğursuzluğunun əsas səbəbidir.


Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00