Ordan-burdan

Məşədinin yuxuları

Məşədi Cəfər

O gün qəzetdən oxuyuram ki, AXCP sədri Əli Kərimli istefa verib. İstefa bəyanatında Əli bəy göstərir ki,  partiyada mənim iradəmdən kənar fəalliyyət göstərən, başqa partiyaların rəhbərləri, ölkənin tanınmış ziyalıları əleyhinə qara piar aparan, dağıdıcı təxribat qrupunun əlindən bezib. Bəy yazır ki, onları durdura bilmirəm. Bundan başqa siyasi proseslərdən yorulmuşam, üstəlik səhhətimdə ciddi problemlər var. Belim ağrıyır. Siyasətdən gedirəm...Daha sonra AXCP-nin qurultay keçirdiyini, açıq səsvermə yolu ilə keçirilən sədr seçkisində Fuad Qəhrəmanlının 28 səslə Natiq Ədilova qalib gəldiyi xəbər verilir. Nadiq Ədilov bu qələbəni tanımır, "yerlimin partiyasında sədr mən olmalıyam" düşünsəsi ilə yeni fraksiya yaradıb. Fuad Qəhrəmanlı isə "mən dəfələrlə partiya işi uğrunda türməyə düşməmişəm ki, sədr başqası ola" düşüncəsi ilə narazıları bir-biri, iki-iki, üç-üç partiyadan çıxarıb.  Daha sonra oxuyuram ki, AXCP Gənclər Komitəsinin sabiq sədri, sədrin müşaviri Əbülfəz Qurbanlı sağ-mərkəzçi siyasi yönümdən imtina edib, Qərbin demokratik çağırışlarına yox deyib, "Əbəlfəz aşiqləri" əhli-beyt tərəfdarlarına qoşulub. Hər il şəbih mərasimində kütlənin qabağında gedib " Ya Əbəl-fəz" deyəcək.
Sonra oxuyuram ki, iki partiyanın lideri, böyük şəxsiyyət, alovlu vətənpərvər, mətin ülkücü Vüqar Bəyturan siyasətə qayıdıb. Xalq Uğrunda Yol partiyası yaradıb, seçkilərə qatılıb, "vahid namizəd mən olmalıyam" deyib. Daha sonra oxuyuram ki, Gədəbəydən bir qrup ağsaqqal siyasi fəal Bəxtiyar Hacıyevin ofisi qarşısında aksiya keçirib deyirlər ki, yekə oğlansan a bala, o boyda Harvard Universitetini bitirmisən. Amma QHT-nə qoyduğun ada bax: Müsbət Dəyişikliklər Gənclər Hərəkatı. Gədəbəydə 11 illiyi qurtarıb Təfəkkür universitetini 3-lə bitirən məzun bundan daha yaxşı ad qoyardı...
Dilxor olub qəzeti əzişdirib yerə atmışdım ki, yuxudan ayıldım. Sən demə bu gördüklərim yuxu imiş. Gördüklərimin heç birisi real, həqiqətət uyğun deyildi. Təkcə sonuncundan başqa. Həqiqətən də Bəxtiyarın təşkilatının adı çox duzsuz, mənasız və məzmunsuzdur.
Başqasına quyu qazan, özü düşər Arif Hacılı "çox təəssüf ki,  müxalifətdəki bəzi rəqiblərimiz də bizi sıradan çıxarmağa çalışır" deyə şikayət edib.  Adam haqlıdır, AXCP-nin "Pravda"sı hər gün Müsavatdakı narazılara yer verir, onları təbliğ edir. Vurğun Əyyuba, Qubad İbadoğluna tribuna verməyi haradasa başa düşmək olar. Ancaq Səxavət Əlisoya da dəstək verməyin yeri yoxdu və bu Müsavat rəhbərliyinə ləzzət etmir. Ancaq burada 2000-ci illər yada düşür. O illər ki, Müsavat müxalifətdə hakim qüvvə idi. Müsavatın qəzetləri hətta Vüqar Bəyturanı da AXCP-nin əleyhinə danışdırırdılar. O illərdə Müsavat gücü çatdıqca AXCP-ni dağıtdı, parçaladı. Başsız qalmış qrupları özünə birləşdirdi, ya da dəstəkçi etdi. Budur, müsavatın etdiyi günahlar bir-bir qarşısına çıxır. Ona görə də qardaşlar, çalışın quyu qazmayın, özünüz düşəcəksiz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00