MSK treninqlərə başladı

Cari il, dekabrın 23-də təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarına əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Trenerlər üçün treninq"lərə start verilib. MSK-dan "OLAYLAR"-a bildirilib ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının daha da artırılması məqsədi daşıyan treninqlərin 2 mərhələdə keçirilməsi qərara alınıb. Artıq başlanmış birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə 4 gün davam etməsi nəzərdə tutulub. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən "Trenerlər üçün treninq"də iştirakçılar səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılır. Treninqlərin 2-ci mərhələsi olan  aşağı seçki komissiyaları üzvlərinin treninqinə noyabrın 25-dən etibarən start veriləcək və treninqlər mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında baş tutacaq. Hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Genişmiqyaslı maarifləndirmə tədbiri olaraq bu treninqlər, ümumilikdə 30000-dən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00