Vurulan helikopterin yeni görüntüsü yayıldı

Erməni rəsmilərinin yalanı ortaya çıxdı

Ermənilər noyabrın 12-də Azərbaycanın mövqelərinə hücum edərkən vurulan helikopterin görüntülərini yayıblar.Lent.az-ın xəbərinə görə, erməni mediasının yaydığı görüntülər bu ölkənin rəsmilərinin açıqlamalarının tamamilə yalan olduğunu ortaya çıxarır.Ermənilər helikopterin silahsız olduğunu desələr də, videoda helikopterdən raketlər atıldığı aydın görünür.Eyni zamanda bu görüntülərdə helikopterin məhz Azərbaycan mövqeləri istiqamətində uçuş etdiyi də aydın görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00