ABŞ səfirliyi: “Hər iki tərəfi sülh danışıqları üzərində köklənməyə çağırırıq”
14 Noyabr 2014 18:50 Siyasət"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin artmasından təəssüf hissi keçiririk". APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib. "Son hadisə bizə münaqişənin sülh yolu ilə həll olunmasının vacibliyini bir daha xatırlatdı", - deyə o, söyləyib. Diplomat münaqişə tərəflərini vəziyyəti gərginləşdirəcək addımlar atmamağa çağırdıqlarını bildirib: "Biz hər iki tərəfi sülh danışıqları üzərində köklənməyə çağırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00