Millət vəkilindən Dövlət Departamentinin sözçüsünə cavab

Millət vəkili Sahib Alıyev Amerika Dövlət Departamentinin sözçüsü Cen Psakini sərt tənqid edib. Deputat facebook statusunda Cen Psaki barədə bunları qeyd edib: "Oktyabrın sonlarında Amerika Dövlət Departamentinin sözçüsü Cen Psakidən soruşanda ki, ermənilərin Kəlbəcərdə azərbaycanlı Dilqəm Əsgərovla Şahlar Quliyevi girov götürüb, Həsən Həsənovu isə qətlə yetirmələrinə onun ölkəsi necə yanaşır, onda həmin xanım bu haqda məlumatsız olduğunu demişdi, vəssalam. Öz torpağında qətlə yetirilən Həsən Həsənova görə başsağlığı belə vermək istəməmişdi. Və bilə-bilə ki, o, hərbiçi deyildi, mülki şəxs idi". Sahib Alıyev bildirib ki, bu günlərdə isə həmin xanım Ağdamda vurulan Mi-24 helikopterinin ekipaj üzvlərinin məhv edilmələrindən üzüldüklərini və faktın ölkəsini narahat etdiyini dilə gətirib: "Ermənilərin Azərbaycan torpaqlarında hərbi təlim keçirmələri, onların helikopterlərinin mövqelərimizə basqınları yox, məhz bizim atdığımız addım Amerikanı narahat edirmiş. Deməli biz şərait yaratmalıymışıq ki, həmin helikopterlər mövqelərimizə zərbə də endirsin. Bilmirəm xanım Psaki özü pis ağçidir, yoxsa pis və ədalətsiz siyasət yeridən rəhbərliyi onun bu vəziyyətdə qoyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00