Moskva reaksiya verdi
Rusiya XİN erməni helikopterin vurulmasına mövqe bildirib
13 Noyabr 2014 17:58 SiyasətMoskva Ermənistana və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məsuliyyət daşıdıqlarını xatırladır.Anspress-in məlumatına görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarigi İşlər Nazirliyinin (XİN) rəsmi təmsilçisi Aleksandr Lukaşeviç Ağdamda Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin vurulmasını şərh edərkən bildirib. "Ermənistan və Azərbaycan rəhbərliklərinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Soçi, Nyu-Port və Paris görüşlərində götürdükləri öhdəlikləri xatırladırıq", - deyə Lukaşeviç vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00