“CNN Türk”-ə etiraz
13 Noyabr 2014 17:17 SiyasətAğdam rayonunun Kəngərli Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mİ-24 tipli helikopterin döyüş kursuna enərək mövqelərimizə hücum etməsi və açılan cavab atəşi nəticəsində məhv edilməsi dünya mediasının da gündəmini zəbt edib. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən internet-media ekspert Səbuhi Abbasov deyib ki, qardaş Türkiyə mediasının əksər nüfuzlu telekanallarının "Azərbaycan Erməni helikopterini vurdu" başlığı xəbər bizi sevindisə lakin "CNN Türk"-ün yayımladığı xəbər təəssüf doğurub: "Telekanalın "Azərbaycan Dağlıq Qarabağ Müdafiə Nazirliyinə məxsus helikopteri vurdu" başlığı ilə xəbər tirajlaması, mənbə kimi isə "Dağlıq Qarabağ Müdafiə Nazirliyinin mətbuat xidmətinə" istinad etməsi sadəcə olaraq təəssüf hissi oyadır. Bu kanal kimə, daha dəqiq desək hansı qruplaşmaya xidmət edir? Məncə bu artıq aydındı. Elə bilirəm ki, bizim QHT-lər, media kapitanlarımız bu məsələ ilə bağlı bəyanat yaymalı və sözügedən kanaldan açıqlama verməsini tələb etməlidirlər"