Müsavatdan çıxarılanlar piket keçirəcək
Müsavatdan çıxarılanlar partiyanın qərargahı qarşısında piket keçirəcəklər
13 Noyabr 2014 16:34 SiyasətNoyabrın 15-də Müsavat Partiyasının mərkəzi qərargahının qarşısında piket olacaq. Bu barədə APA-ya Müsavat Partiyasından çıxarılan Kamil Xəlilbəyli məlumat verib. K. Xəlilbəyli bildirib ki, partiya rəhbərliyi tərəfindən haqsızlıqlara etiraz olaraq noyabrın 15-də piket keçirəcək. O, narazı olan digər şəxsləri də piketə qoşulmağa dəvət edib. Xatırladaq ki, K. Xəlilbəyli dünən Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə partiyanın siyasi xəttinə zidd hərəkət etdiyi üçün Müsavatdan çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00