Azərbaycan AŞ Nazirlər Komitəsində sədrliyi Belçikaya təhvil verdi
13 Noyabr 2014 16:22 SiyasətBu gün Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrlik Azərbaycandan Belçikaya keçib. Bu barədə Trend-ə Avropa Şurasının mətbuat xidmətindən məlumat verilib. Xarici işlər naziri Elmar Məmmədyarov sədrliyi Belçikaya təhvil verməzdən öncə Azərbaycanın Nazirlər Komitəsində sədrliyi dövründə əldə etdiyi nailiyyətlər barədə ümumi məlumat verib. AŞ Nazirlər Komitəsinin yeni sədri, Belçika Baş nazirinin müavini və xarici və Avropa işləri üzrə nazir Didye Reynders ölkəsinin altı ay davam edəcək sədrliyi dövründə prioritetlərini təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00