AXCP-nin saxta islam təəssübkeşliyi effekt vermir

Milli Şura islamçıların elektoral dəstəyini ala bilmədi

Müxalifətin islamçılarla təmasları artıb. Əslində bu təmaslar hər zaman olub. Müsavat Hacı İlqarın vasitəsilə islamçılara təsir vasitəsi əldə etməyə çalışıblar. AXCP Nəriman Qasımoğlu, Məşədi Vaqif və digərlərinin əli ilə islamçıların səsini qazanmaq istəyiblər. Ancaq AXCP ilə Müsavatın arası dəyən kimi bu qüvvələr ayrı-ayrılıqda islamçılarla əlaqələri genişləndirməyə çalışılar. Bu məsələdə AXCP daha öndə görünür. Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu qəfildən dünyagörüşünü dəyişib dinçi oldu. Halbuki postmodernist yazarlara oturub-duran bu adam ateist kimi tanınırdı. İndinin özündə bir neçə aylıq ABŞ səfərindən sonra Amerika həyat tərzini təbliğ edir, amerikalı xristianların qurduğu sistemi, mədəniyyəti öyən yazılar yazır. Eyni zamanda sosial şəbəkələrdə tanınmış din alimi Şəriətidən sitatlar yazır, onun dini görüşlərini təbliğ edir. Heç şühhəsiz ki, bu, AXCP-Nardaran əlaqələrini gücləndirməyə xidmət edir.  AXCP və onun yedək təşkilatı olan Milli Şura islamçıların sosial bazasından istifadə etmək istəyir. Son 10 ildə əsaslı şəkildə yıpranmış müxalifətçi elektoratın islamçıların hesabına genişlənməsinə çalışırlar. Milli Şura son aksiyada islamçıların dəstəyinə ümid edirdi. Ancaq bu dəstək olmadı. Siyasi analtiklər hesab edir ki, buna səbəb AXCP-nin islamçılara münasibətdə səmimi olmamasıdır. Hazırda AXCP-nin əsas sözçüləri yazarlardır. Onların çoxu isə sekulyar düşüncəli insanlardır. Eləcə də AXCP rəhbərliyində təmsil olunanlar. Məşədi Vaqif din adamıdır, ancaq yaşlıdır, Bakı kəndlərində, islamçılar arasında da ciddi dayağı yoxdur. Üstəlik, Məşədi Vaqif sosial şəbəkədən istifadə etməyi bacarmır. Sosial şəbəkədə AXCP-ni, Əli Kərimlini cani-dildən dəstəkləyən mətbuat xidmətinin rəhbəridir ki, onun da islama, islamçılara səmimi rəğbətinin olub-olmaması şübhəlidir. AXCP sədri heç zaman islama rəğbət bəsləməyib. Onun rəhbərlik etdiyi "Yurd"un yazarları o zamankı qəzetlərdə AXCP-dəki dindarları ələ salır, hətta Mirmahmud Mirəlioğluna belə replika atmaqdan çəkinmirdilər. Müsavatın sabiq  başqanı İsa Qəmbər, sabiq AXCP üzvü Fazil Mustafa  həccə  getdiyi halda Əli Kərimli bu barədə düşünmədi. Hətta dinə, milli adət-ənənələrə bağlı milli demokratik düşərgənin fəallarının əksinə olaraq Əii Kərimli anım mərasimlərində salavat belə çevirmirdi ki, Qərb dairələrində adı "islamçıya" çıxmasın. AXCP sədri islamçıların real dəstəyini almaq istəyirsə,  o zaman Qərb dəyərlərində, liberalizmdən imtina etməli, namaza başlamalı, oruc tutmalı, digər dini ayinləri yerinə yetirməlidir. O bunları etməyəcək. Belə olsa, Qərbdən gələn maliyyə dayana bilər. Bu üzdən Əli Kərimli imitasiya etmək zorundadır. Onun adamları şiə din alimlərinin fikirlərini təbliğ edirlər, özü dini bayramlarda dindarları təbrik edir. Yəqin ki, bu siyasət davam edəcək. Ancaq yenə də effektsiz olacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00