Polad Bülbüloğlu: Azərbaycan ərazi bütövlüyünü bütün mümkün yollarla qoruyur
13 Noyabr 2014 14:53 SiyasətAzərbaycan ərazi bütövlüyünü bütün mümkün yollarla, o cümlədən hərbi yolla qoruyub və qorumaqda davam edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Kommersant" radiostansiyasına Azərbaycanın hava məkanında Ermənistana məxsus helikopterin vurulması ilə bağlı insidenti şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan bu barədə dəfələrlə bəyan edib və bu, heç kəs üçün sirr deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00