Erkin Qədirli: “Baş katib helikopterin vurulmasından narahat olub deyirlər, biz də ardı gəlsin deyirik”

"Real" Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli cəbhə bölgəsində Azərbaycan ordusu tərəfindən vurulmuş Ermənistan silahlı qüvvələrinə məxsus helikopter barədə danışıb. Baş verən hadisənin Azərbaycan və bəzi beynəlxaq təşkilatlar daxilində narahat olanlara E.Qədirlinin cavabı belə olub: 1. Ermənistan - düşmən dövlətdir. Onun hərəkətləri bizim üçün milli təhlükəsizlik problemləri yaradır. 2. Düşmənlik - münasibət deyil, vəziyyətdir. 3. Ortada müharibə nəticəsində yaranmış işğal faktı var. 4. Təcavüz və işğal faktı özünümüdafiə və güclə cavab haqqını doğurur. 5. Azərbaycan tərəfi Erməni helikopterini vurmaqda tam haqlıdır. 6. Erməni helikopteri - qanuni hərbi hədəfdi. 7. Vurulmuş helikopterdə yalnız hərbçilər deyil, mülki şəxslər olsaydı belə, helikopterin vurulması qanunidir (düşmən tərəfdən hava ərazimizə girdiyinə görə). 8. Hava ərazimiz qoşunların tamas xəttindən deyil, dövlətimizin hüquqi sərhədlərindən başlayır. 9. Helikopterin biz tərəfə atəş açmaması heç nəyi dəyişmir. Hərbi helikopter olduğuna görə, vurula bilər, vurulmalıdır da. 10. Hərbi zərurət və təhlükəyə mütənasiblik prinsiplərini pozmursa, qanuni hərbi hədəflərin vurulması zamanı mülki şəxslərə və ya obyektlərə dəymiş zərər də qanunidir. 11. Biz də sülh istəyirik, ona görə də müharibəyə hazırşmalıyıq. ATƏT-in Baş Katibi narahatlığını ifadə edib, deyirlər. Müvəqqəti narahatlığa görə üzr istəyirik. Ardı gəlsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00