BAXCP Azərbaycan hərbçilərini alqışlayır

Elçin Mirzəbəyli: “yaranmış vəziyyət işğal edilmiş Azərbaycan ərazilərinin statusunun müəyyənləşdirilməsini və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqini labüd edir”

"Azərbaycan hərbçilərininin döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edən Ermənistana məxsus hərbi helikopteri məhv etməsini alqışlayırıq. Əsgər və zabitlərimizə xidmət zamanı göstərdikləri sayıqlığa görə minnətdarlığımızı bildiririk". Bu sözləri "OLAYLAR"a açıqlamasında partiya sədrinin müavini Elçin Mirzəbəyli deyib.. BAXCP  funksioneri qeyd edib ki, baş vermiş hadisə təmsil etdiyi partiyanın xeyli öncə irəli sürdüyü təşəbbüsün yenədən gündəmə gətirilməsinə zəmin yaradır: "BAXCP hələ 2011-ci ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin statusunun müəyyənləşdirilməsi və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqi məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bu barədə BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev çoxsaylı açıqlamalarla çıxış edib və Azərbaycanın işğal edilmiş əraziləri haqqında qanunun qəbul edilməsinin vacibliyindən danışıb". BAXCP funksioneri bildirib ki, yaranmış vəziyyət işğal edilmiş Azərbaycan ərazilərinin statusunun müəyyənləşdirilməsini və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqini labüd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00