"Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davamını təmin etmək vacibdir"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların davam etdirilməsini təmin etmək vacibdir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib. Onun sözlərinə əsasən, cari il ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində demək olar, mütəmadi silahlı insidentlər baş verib: "Cənubi Qafqazda vəziyyət getdikcə daha da kəskinləşir. Vəziyyətin təhlükəli inkişafına yol vermək olmaz".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00