“İslamçılar Milli Şuraya dəstək verməyəcək”
Mehman Muradlı: “...bir ağız mahnı oxuyub dağılışacaqlar”
13 Noyabr 2014 12:27 SiyasətAXCP-nin islamçılara yönəlik reveransları birmənalı qarşılanmır. Siyasi ekpertlər hesab edir ki, məqsəd islamçıların sosial bazasından istifadə etməkdir. Siyasi analitik Mehman Muradlı hesab edir ki, AXCP və Milli Şuranın növbəti aksiyaları da uğursuz olacaq: "Milli Şura deyilən bir qurum mövcudluğunu sübut etmək üçün yenə mənasız bir mitinq təşkil edəcək. 2 saatlıq mitinq 1 saat gecikməklə, yerdə qalan hissəsini isə işıqları özləri söndürüb guya təxribat olub blefiylə dolduracaqlar. Sonda da bir ağız mahnı oxuyub dağılışacaqlar". Analitik hesab edir ki, islamçılar Milli Şuraya dəstək verməyəcəklər. Buna səbəb Milli Şuranın, AXCP-nin saxta islam təəssübkeşi olmasıdır: "Ancaq islamçılar AXCP-yə dəstək verməyəcəklər. Buna səbəb aşura günündə Əli Kərimlinin Nardaran kəndində görsənməməsi oldu".