QHT sədrindən ATƏT baş katibinə tutarlı cavab
13 Noyabr 2014 12:23 SiyasətATƏT-in baş katibi Lamberto Zanyer Azərbaycan ərazisində Ermənistanın hərbi helikopterinin vurulmasına münasibət bildirib. O, deyib ki, ATƏT insidentdən narahatdır və belə hadisələr böhranın miqyasını artıra bilər. Məsələyə münasibət bildirən Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov "OLAYLAR"-a deyib ki, ATƏT baş katibi Lamberto Zanyer hadisəyə ədalətli münasibət bildirsə daha yaxşı olardı: "Baş katib yaxşı olardı ki, fikirlərini bu cür ifadə edərdi. Ay dığa, sənin qonşunun torpağında nə işin var idi ki, səni də gəbərdiblər". İctimai Birlik sədri onu da qeyd edib ki, Ermənistanın hərbi helikopterinin Vətənimizin səmasında qəhraman əsgərlərimiz tərəfindən vurulması Milli Ordumuzun gücünün göstəricisidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00