Dövlət Departamenti: Cəbhədəki son insident münaqişənin tənzimlənməsi üzrə səylərin ikiqat artırılmasının zəruriliyini xatırladır

Hərbi vertolyotun vurulması ilə bağlı insident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərin ikiqat artırılmasının zəruriliyi barədə daha bir xatırlatmadır. Trend-in AP agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Cennifer Psaki Azərbaycan SQ-nin Ermənistan hərbi vertolyotunu vurması barədə suala cavabında deyib. C.Psaki bildirib: "Sözügedən insident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə, o cümlədən gərginliyin azaldılması və atəşkəs rejiminə əməl olunması məqsədilə səylərin ikiqat artırılmasının zəruriliyi barədə daha bir xatırlatmadır".

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00