Həsən Ruhani: “İran Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verir”
12 Noyabr 2014 17:36 Siyasətİran mətbuatı prezident Həsən Ruhaninin Azərbaycana yola düşməsi barədə məlumat yayıb. Prezident İlham Əliyevin rəsmi dəvəti ilə Azərbaycana iki günlük rəsmi səfərini başlayan Ruhani jurnalistlərə açıqlamasında, Azərbaycanla əlaqələrin İran üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycanın İranla qonşuluq, dostluq, ortaq tarix, din və mədəni dəyərlərə malik olduğunu deyib və Bakı səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini sözlərinə əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00