İran prezidenti Bakıda

Həsən Ruhanini baş nazirinin birinci müavini Yaqub Eyyubov qarşılayıb

İran İslam Respublikasının prezidenti Həsən Ruhani noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Anspress-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00