Erməni tərəfi etiraf etdi

Düşmən ordusunun mətbuat xidməti də xüsusi açıqlama yayıb

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ağdamda Ermənistan helikopterinin vurulması xəbəri düşmən tərəfindən təsdiq edilib. Anspress-in məlumatına görə, Ermənistan ordusunun işğal zonasındakı bölməsinin mətbuat xidməti bu barədə açıqlama yayıb. Açıqlamada deyilir ki, vurulan helikopter guya bu gün saat 13:45 radələrində qoşunların təmas xəttində hərbi-təlim uçuşu keçirirmiş. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00