Həsən Ruhaninin Azərbaycana səfəri başlayıb
12 Noyabr 2014 16:42 Siyasətİran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri başlayıb. Trend-in məlumatına görə, H.Ruhani Bakı vaxtı ilə saat 15:00-da paytaxta gəlib. H.Ruhaninin səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcəyi nəzərdə tutulub. İran Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü planlaşdırılır. Bununla yanaşı, Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında bir sıra sahələri əhatə edən 10 sənədin imzalanacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00