Şəbistəri: “Şərqi Azərbaycan Azərbaycanla ticarət əlaqələrinin inkişaf etdirməkdə maraqlıdır”

İranın Şərqi Azərbaycan ostanı valisinin siyasi təhlükəsizlik məsələləri üzrə müavini Şəbistəri yerli mətbuata açıqlamasında bölgənin Azərbaycan Respublikası ilə ticarət əlaqələrinin genişləndirməkdə maraqlı olduğunu açıqlayıb. Şəbistəri hazırda Şərqi Azərbaycan-Azərbaycan ticarət əlaqələrinin Azərbaycan-İran ticarət əlaqələrinin 20%-ni təşkil etdiyini bildirib. "Biz Azərbaycan bazarlarındakı payımızı artırmaq istəyirik. Hazırda tərəflər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq var. Azərbaycanlı işadamları və investorların vilayətimizin müxtəlif sektorlarına, xüsusilə də Araz Azad Ticarət Zonasına sərmayə yatırmalarını müsbət qarşılayırıq. Bu istiqamətdə xüsusi güzəştlər nəzərdə tutmuşuq" - deyə Şəbistəri qeyd edib. Qeyd edək ki, Bakıda səfərdə olan Şəbistərini iş adamları və investorlardan ibarət 40 nəfərlik heyət müşayiət edir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00