Ruhaninin Azərbaycana səfərində 10 əməkdaşlıq sənədi imzalanacaq
12 Noyabr 2014 12:15 Siyasətİran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur prezident Həsən Ruhaninin Azərbaycana səfəri çəçirvəsində tərəflər arasında 10 əməkdaşlıq sənədinin imzalanacağını bildirib. Rəhimpur İran mətbuatına açıqlamasında imzalanacaq sənədlərin iqtisadi, mədəni, sərhəd və konsulluq işləri üzrə əməkdaşlıq sahələrini əhatə edəcəyini açıqlayıb. "İran-Azərbaycan münasibətləri ən yüksək formada inkişaf səviyyəsindədir. Belə görüşlər isə regionda sülh və təhlükəsizliyin qorunmasında müstəsna rol oynayır" - deyə XİN rəsmisi qeyd edib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00