Mingəçevirdə bələdiyyə seçkilərilə bağlı tədbir keçiriləcək

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputat Aydın Mirzəzadə və Milli Məclis Sədrinin köməkçisi, MDB PA-da parlamentin daimi nümayəndəsi Aydın Cəfərov "Azərbaycanda bələdiyyə seçkilərinə hazırlıq və onun keçirilməsinin monitorinqi üçün müşahidəçilərin hazırlanması üzrə təlim-seminar"da iştirak etmək üçün noyabrın 13-dən 16-dək Mingəçevir şəhərində səfərdə olacaqlar. Milli Məclisdən verilən məlumata görə, Azərbaycanın iri sənaye şəhərlərindən biri olan Mingəçevirdə bu tədbir MDB Parlament Assambelyasının təşəbbüsü ilə keçirilir. Milli Məclisin nümayəndələri təlim iştirakçılarına bu sahədə dünya ölkələrinin təcrübəsindən, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı ölkəmizin qısa müddətdə əldə etdiyi nailiyyətlərdən danışacaq, seçki prosesinin təkmilləşdirilməsi və bələdiyyə seçkilərində uğurlu nəticələr əldə olunması ilə bağlı tövsiyələrini bildirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00