Novruz Məmmədov: “Azərbaycan üçün ən mühüm vəzifə...”

"Azərbaycan üçün bu gün ən mühüm vəzifə suverenliyini və dinamik davamlı inkişafını indiyədək olduğu kimi qoruyub saxlamaqdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz tvitter hesabında qeyd edib. Şöbə müdiri daha sonra 12 noyabr-Konstitusiya Günü ilə bağlı fikirlərini də bölüşüb. O, bildirib ki, ulu Öndər Heydər Əliyevin yaratdığı Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayacanacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00