Millət vəkilindən Miyatoviçə xatırlatma

"İllərdir Dağlıq Qarabağ məsələsini çözə bilməyən ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç rəsmi Bakını ermənilərlə azərbaycanlıları növbəti dəfə bir araya gətirmək üçün Tiflisdə düzənlədiyi konfransa jurnalistləri buraxmamaqda suçlandırır. Və misal olaraq Mehman Hüseynovun adını çəkir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev belə bir jurnalist tanımadığını söyləyib: "Bəlkə tanıyan var? Və maraqlıdır, nədən miyatoviçlər bir cümlə yazmağı bacarmayanları jurnalistikayla bağlı QHT-lər yaratmağa həvəsləndirir, onun başında əyləşdirir və maliyyələşdirirlər? Bunu üçün peşəkər jurnalist qəhətliyidir məgər? Təbii ki, yox. Onlar yaxşı bilirlər ki, peşəkar jurnalist heç də hər bir tapşırıqlarına hüseynov qardaşları və digərləri kimi baş üstə deməyəcklər. Mehman Hüseynovun konfransa buraxılmamasına gəldikdə isə mən bilən 2012-ci ildə onun barəsində 221-ci maddəylə cinayət işi qaldırılıb. Həmin cinayət işinin istintaqı ilə əlaqədar onun ölkədən çıxışı qanunla yasaqdır. Qanuna isə əməl edilməlidir. Bəlkə Avropada belə deyil?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00