YAP-ın seçki hazırlıqları davam edir
11 Noyabr 2014 16:50 SiyasətDekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edən Yeni Azərbaycan Partiyasının seçki kampaniyası uğurla davam edir. "OLAYLAR"-ın hakim partiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nəzərdə tutulduğu kimi ölkə ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə ümumulikdə 15 mindən çox Yeni Azərbaycan Partiyasının üzvü namizəd irəli sürülüb. Partiyanın seçki qərargahının və yerli orqanlarının ahəngdar fəaliyyəti nəticəsində irəli sürülmüş namizədlərin lehinə imzatoplama kampaniyası müvəffəqiyyətlə həyata keçirilməkdədir. Noyabr ayının 11-ə olan məlumata görə, irəli sürülmüş namizədlərdən 13 mindən çoxu imza vərəqələrini zəruri seçki sənədləri ilə birlikdə dairə seçki komissiyalarına təhvil verib. Yeni Azərbaycan Partiyası irəli sürdüyü namizədlərin lehinə imzaların toplanmasını və dairə seçki komissiyalarına təhvil verilməsini qarşıdakı günlər ərzində yekunlaşdırmağı planlaşdırır.