“Bayrayığımız qürur mənbəyimizdir” adlı mədəni-kütləvi tədbir keçiriləcək
11 Noyabr 2014 15:35 Siyasət9 noyabr - Dövlət Bayrağı Günü" münasibəti ilə "Bayrayığımız qürur mənbəyimizdir" adlı mədəni-kütləvi tədbir keçiriləcək. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbir 12 noyabr tarixində "Gənclik" Sarayında baş tutacaq. Tədbirdə dövlət qurumları, millət vəkilləri, qeyri-hökumət təşkilatları nümayəndələri, gənclər təşkilatları, tələbə gənclər təşkilatlarının rəhbərləri, Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər Nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissələrində xidmət edən əsgər və zabit heyəti və fəal gənclərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, tədbir nazirliyin 2014-cü ilin II yarımilliyi üçün iş planının müvafiq bəndinin icrasının təmin edilməsi məqsədilə keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00