Taksimdə soyqırım sərgisi keçiriləcək

Dünyanın müxtəlif ölkələrində təşkil olunan "Qarabağda 3 nəsil, bir soyqırım: İşğal öncəsi və sonrası" adlı sərgi və konfransın növbətisi Türkiyədə keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, noyabrın 12-14-ü tarixlərində baş tutacaq sərgi konfrans TÜRKSAM, Azərbaycan Türkiyə Dərnəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk Dünyası Araşdırmalar Vəqfinin birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgi və konfrans Taksim sərgi və konfrnas zalında keçiriləcək. Noyabrın 12-də sərgi, 14-də isə konfrnas baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00