Azərbaycanla bir sıra ölkələr arasında hərbi sahədə əməkdaşlıq planları imzalanıb

Azərbaycan Respublikasının Müdafiə naziri Moskva şəhərində səfərdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, noyabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin (MDB) Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin Müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00