Arif Paşadan Mahir Cavadova ismarıc

Qazaxıstandan gətirmək istədiyiniz və Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olacaq 200 min nəfəri Laçına buraxmadığımı həzm etmədiyini bilirəm“

Keçmiş döyüşçü Arif Paşa Xətai rayonunun sabiq prokuroru Mahid Cavadov arasında qalmaqal yaşanıb. "OLAYLAR"-ın xəbərinə görə, Arif Paşa facebook statusunda Mahir Cavadovu separatçılıqda ittiham edib. Bildirib  ki,  Mahir Cavadov Vətənə, üçrəngli bayrağa , Türkçülüyə nifrət edir: "Mənim bu dəyərlərə sevgimə görə mənə düşmənçilik edib, böhtanlar yağdırır: "Mahir Cavadov, Qazaxıstandan gətirmək istədiyiniz və Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olacaq 200 min nəfəri Laçına buraxmadığımı həzm etmədiyini bilirəm. Amma ləyaqətsiz yazılar yazıb, gizlənmək kişilikdən deyil. Mən çox dözdüm. Mənə zəhər verməli olan aşbazı, məni güllələmək üçün tutduğun killeri, yüz böhtanlar atdırdığın PKK-çını, Heydər Əliyevə guya sui-qəsd edəcəyim barədə yalan məlumatlar verib  məni guya Laçının işğalına aidiyyatlı kimi həbs etdirməyini unutmaq istədim. Sən qoymadın. Sənin çox az insana bəlli olan iç dünyan, xislətin buna imkan vermədi. Bu böhtanların cavabını verəcəksən. Şəhidlərin ruhuna and içirəm. Sən bu xalqa ancaq fəlakət gətirə bilərsən. Necə ki, zamanında gətirdin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00