İstanbulda Qarabağ problemi ilə bağlı simpozium keçirilir

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və "Xəzər" Strateji İnstitutunun birgə təşkilatçılığı ilə İstanbulda "100 ildə erməni məsələsi. Türkiyə-Azərbaycan-Ermənistan əlaqələri" movzusunda simpozium öz işinə başlayıb. Federasiyadan "OLAYLAR"-a. Daxil olan məlumata görə, İstanbul Universitetinin Avrasya İnstitutunda baş tutan simpozium qondarma erməni soyqırımının 100 illiyinə qarşı həyata keçirilən tədbirlər silsiləsindəndir. Tədbirin məqsədi erməni yalanlarını ifşa etməkdir. Tədbirdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının keçmiş baş katibi Halil Akıncı, "Xəzər" Strateji İnstitutunun rəhbəri Haldun Yavaş, millət vəkili Qənirə Paşayeva, TADEF sədri Bilal Dündar məruzə ilə çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00